
Rusiya Qara dənizin şimalında ABŞ piyadalarına qarşı döyüşür.
Gununsesi.info xəbər verir ki, bunu RİA Novosti-yə istinadən Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək deyib.
Onun sözlərinə görə, ABŞ iqtisadi və hərbi tənəzzüldədir, ona görə də Qərbi Asiyadan geri çəkilmək zərurəti ilə üzləşib: “İran və Yəmən Mərkəzi Asiya cəbhəsində həlledici mövqe tuturlar. İsrail sionizminin təcavüzü Qəzzada və bütövlükdə Fələstində dalana dirənib. Dövlətlər hətta Qərb ölkələrinin dəstəyini itirməkdə olan İsraili cilovlamağa çalışır”.
O, həmçinin qeyd edib ki, Türkiyə, Suriya, İraq, İran, Azərbaycan və Rusiyanın ərazi bütövlüyü və suverenliyi bir-biri ilə sıx bağlıdır, ona görə də “Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə qarşı apardığı silahlı kampaniya” bütün bəşəriyyətin maraqlarına cavab verir.
Perinçək daha əvvəl Ankaranın Ukraynaya pilotsuz təyyarələr verməsini tənqid edib.
Onun sözlərinə görə, bu, Türkiyənin enerji təhlükəsizliyinə və xarici ticarətinə xələl gətirir. O, Rusiyanı Türkiyənin müttəfiqi və ən yaxın iqtisadi və təhlükəsizlik tərəfdaşı adlandırıb.