
Avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb.
DİN-in mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Gununsesi.info