
“Azimut” aviaşirkəti 2024-cü ilin noyabrında “Superjet” təyyarəsinin enişindən sonra Antalya hava limanında baş vermiş yanğınla bağlı Türkiyəyə dəyən ziyanı ödəməli ola bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Candaş Gürol açıqlama verib.
Vəkil “Azimut”u təyyarəni qəsdən qəzaya uğratmaqda və saxtakarlıq etməkdə ittiham edən bir neçə sərnişininin maraqlarını müdafiə edir.
Gürol bildirib: “Türkiyənin Nəqliyyat Nazirliyi insidentlə bağlı ayrıca araşdırma aparır. Təbii ki, Türkiyə rəsmilərinin yanğının söndürülməsinə, texniki xidmətə və əlavə olaraq, hadisənin hava nəqliyyatında ləngimələrə görə şirkətdən təzminat tələb edəcəyi gözlənilir. Araşdırma yekunlaşmaq üzrədir, biz də bu araşdırmada iştirak etmək istəyirik”.
Xatırladaq ki, 2024-cü il noyabrın 24-də axşam saatlarında Türkiyə hava limanına eniş edən “Sukhoi Superjet 100” təyyarəsi yanıb. Soçidən Antalyaya uçan hava gəmisinin göyərtəsində 89 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb, sərnişinlər sürətlə təxliyə edilib. Təyyarə çətin hava şəraitində eniş edib.