Qəzza zolağında son 24 saatda 64 nəfər həlak olub

  • By Günel
  • 19 Aprel 2025 09:04

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 64 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Qətərin “ Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, dünyasını dəyişənlərin yarıdan çoxu Qəzza şəhərində və Fələstin anklavının şimal bölgələrində öldürülüb.

Qəzza zolağının cənubunda yerləşən Xan Yunis və Rəfahda da itkilər olub.

Gununsesi.info