
Doktor Mehmer Özün gənc qohumu aprelin 18-də, Ağ Evdəki andiçmə mərasimi zamanı huşunu itirib.
Gununsesi.info “Fox News”-a istinadən xəbər verir ki, ABŞ hökuməti məlumatı təsdiqləyib.
Gənc qız Oval kabinetdə huşunu itirib. Həmin vaxt Prezident Donald Tramp sabiq kardiocərrah Mehmet Özün andiçmə mərasimi münasibəti ilə nitq söyləyirmiş.
Doktor Öz dərhal qıza yardım göstərməli olub. Təhlükə sovuşub və qız indi özünü yaxşı hiss edir.
Xatırladaq ki, türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədridir.
Gununsesi.info