ABŞ-nin Kiyev üçün təhlükəsizlik zəmanəti yoxdur

  • By Günel
  • 19 Aprel 2025 09:15

Parisdə Ukraynaya dair təklif olunan nizmanlanma layihəsində, yəqin ki, ABŞ-nin Kiyev üçün təhlükəsizlik zəmanəti yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən razılaşmanın mümkün detallarını açıqlayıb.

“Bir maneə o ola bilər ki, o da, ABŞ tərəfindən dəstəklənən təhlükəsizlik zəmanətlərinin olmaması. Bunun əvəzində, görünür, Ukrayna Avropa ölkələrinin köməyi ilə öz başına qalacaq”, – məqalədə deyilib.

Nəşrin həmsöhbətləri vurğulayıblar ki, Birləşmiş Ştatlar olmadan Avropa Ukraynanı dəstəkləmək üçün lazım olan kifayət qədər hərbi və kəşfiyyat məlumatlarına malik deyil.

Gununsesi.info