
Çeçenistanın rəhbərinin oğlu, ölkənin Bədən tərbiyəsi və idman naziri Axmat Kadırov Qroznı şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
Mükafatı respublika güləş mərkəzinin açılışı zamanı Ramzan Kadırov özü təqdim edib. Ölkə rəhbəri həmçinin rayon güləş federasiyasının nümayəndələrini, müvafiq idarənin əməkdaşlarını, məşqçi və idmançıları mükafatlandırıb.
Axmat Kadırov 2024-cü ilin may ayından Çeçenistan Respublikasının Bədən tərbiyəsi və idman naziridir. O, eyni zamanda “Axmat” futbol klubunun prezidentidir.