ABŞ-də 400-dən çox qrant proqramları ləğv olundu

  • By Günel
  • 19 Aprel 2025 08:14

Ağ Ev 200 milyon dollardan çox dəyərində müxtəliflik, bərabərlik və inklüzivliyin təşviqi ilə bağlı olan 400-dən çox qrant proqramını ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) “X” sosial şəbəkə hesabında məlumat verilib.

“Milli Elm Fondu 402 israfçı DEI-qrantını ləğv etdi”, – bəyanatda deyilir.

Konkret hansı proqramların kəsildiyi açıqlanmayıb.

Gununsesi.info