
Təbii fəlakət Mingəçevirdə bir çox ağacların kökündən ayrılaraq yollara və obyektlərin üzərinə düşməsinə səbəb olub.
Gununsesi.info xəbər verir ki, son günlərin təbii hadisələri nəticəsində Mingəçevirdə 15-dən çox ağac kökündən qoparaq yollara, parklara, obyektlərin üzərinə və hasarlara düşüb.
Analoji təbiət hadisələri Yaşar Muradov, Fizuli, Ş.İ.Xətai və şəhərin digər küçələrində qeydə alınıb.
İri gövdəli ağaclardan biri 14 saylı uşaq bağçası və körpələr evinin hasarı üzərinə aşaraq onu dağıdıb.
Digər hadisə zamanı böyük ağac maşın qarajının üzərinə aşıb.
Xoşbəxtlikdən, zərər çəkən olmayıb.