Cənubi afrikalı atlet Akani Simbine Useyn Boltun rekordunu qırdı

  • By Günel
  • 18 Aprel 2025 21:13

Cənubi afrikalı sprinter Akani Simbine 11 mövsüm ard-arda 100 metr məsafəni 10 saniyədən az müddətə qət edərək yamaykalı Useyn Boltun rekordunu qırıb.

Gununsesi.info “Track & Field Gazette”yə istinadən xəbər verir ki, 31 yaşlı Simbine Botsvanada keçirilən yarışda 100 metr məsafəni 9.90 saniyəyə qət edib.

Səkkizqat Olimpiya çempionu və dünya rekordçusu (9.58) Bolt 10 mövsüm ard-arda 100 metr məsafəni 10 saniyədən az müddətə qət edib.

Şəxsi rekordu 9.82 saniyə olan Simbine Paris Olimpiadasında 4×100 metr estafetdə gümüş, 2025-ci il qış çempionatında isə 60 metr məsafədə bürünc medal qazanıb.

Gununsesi.info