
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sərnişin 2007-ci il təvəllüdlü Ö.İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.