Biləsuvar rayonunda bədbəxt hadisə baş verib

  • By ilhame
  • 16 İyun 2024 13:49

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, rayon sakini, 1979-cu il Nahid Abdullayev traktorun qoşqusunda olan ot bağlamalarının üzərindən yerə yıxılıb.

 

Nəticədə o, ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada 5-ci boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info