Aktyor Rza Rzayevlə bağlı yeni qərar verildi

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldılıb.

 

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

 

Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

 

Xatırladaq ki, o, “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

Gununsesi.info