Qəzza zolağında ölən fələstinlilərin sayı 39 mini ötüb

  • By ilhame
  • 27 İyul 2024 20:53

Yaxın Şərqdə münaqişənin qızışdığı gündən Qəzza zolağında 39 200-dən çox fələstinli ölüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.

 

Yaralıların sayı isə 90 600 nəfərə çatıb.

 

Digər qurumun məlumatına görə, iyulun 27-də Deyr əl-Bəlah bölgəsində 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb, Xan Yunisdə isə 23 fələstinli ölüb, 90-a yaxın yaralanıb.

Gununsesi.info