
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən alınan 1.5 milyard avronun Ukraynaya veriləcəyini bəyan edib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə o, özünün X hesabında yazıb.
Onun sözlərinə görə bu vəsait Ukraynanın müdafiəsinə və bərpa olunmasına xərclənəcək.
“Kremlin pullarından Ukraynanı və bütün Avropanı həyat üçün daha təhlükəsiz etməkdən daha yaxşı rəmz və tətbiq ola bilməz”.
Avropa İttifaqının Şurası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən alınmış gəlirlərin Ukraynaya verilməsinə dair qərarı ötən may ayında qəbul etmişdi.
Çexiyanın xarici işlər naziri Yan Lipavski demişdi ki, Ukrayna bu qərar əsasən 2024-cü ildə 3 milyard avroyadək yardım ala biləcək və bu vəsaitin doxsan faizi Kiyevin hərbi cəhətdən dəstəklənməsinə xərclənəcək.
Nazir demişdi ki, “Rusiya öz təcavüzkar müharibəsi ilə vurduğu ziyanı ödəməlidir”.
Bundan əvvəl Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya dəymiş ziyanın təzminatı üçün istifadə olunacağını bildirmişdi.
Lakin vəsait əvvəl planlaşdırıldığı kimi Ukraynanın bərpa edilməsinə deyil, ona silahların alınması kimi daha mühüm ehtiyaclara xərclənəcək.
Afət
Gununsesi.info