Türkiyə “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib

  • By ilhame
  • 27 İyul 2024 19:57

Türkiyəli güllə atıcısı Şəvval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Hürriyyet” qəzeti yazı dərc edib.

 

Ş.İlayda 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

 

O, sabah final mübarizəsinə çıxacaq.

Gununsesi.info