Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb

  • By ilhame
  • 27 İyul 2024 19:01

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

 

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info