Türkiyə kriptovalyuta əməliyyatlarının qeydiyyatını tələb edir

Türkiyə parlamenti kriptovalyutadan istifadəni tənzimləyən qanun layihəsini qəbul edib.

Gununsesi.info xəbər verir ki, rəftar qaydalarını pozduqlarına görə onlar 7,5 min dollardan 182,6 min dollara qədər cərimə və üç ildən beş ilədək həbs cəzası nəzərdə tutmaq qərarına gəliblər.

Sənədə əsasən, Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamenti blokçeynin inkişafı, tətbiqi və satışı, kriptovalyutanın buraxılması, yayılması və ticarəti sahələrində lisenziyalar verəcək.

Bütün köçürmələrin qeyd edilməsi tələb olunacaq.

Yerli medianın məlumatına görə, hazırda ölkədə təxminən 12 milyon insan kriptovalyuta sahibidir. Daha əvvəl məlum olub ki, Türkiyədə iqtisadi qeyri-sabitlik şəraitində populyar olan bu sahədə əməliyyatlardan 0,03 faiz vergi tutulması planlaşdırılır.

İyunun əvvəlində dünya kripto birjalarında ticarətdə türk lirəsinin payı rekord həddə 19 faizə çatıb, valyuta avronu ötüb və üçüncü yeri tutub.

 

 

Şəbnəm

Gununsesi.info