Daha bir ölkə Ukrayna sammitinə qatılacaq

Pakistan Ukraynada hərbi əməliyyatların son qoyulması üzrə iyunun 15-16-da İsveçrədə keçiriləcək sammitdə iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, daha əvvəl ölkə mediası Pakistanın sammitə dəvət almasına baxmayaraq iştirak etməyəcəyi barədə məlumat yaymışdır.

Qeyd edək ki, Ukraynada münaqişənin həlli üçün Bürgenstok kurortunda keçirilən qondarma sülh sammitinə 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. Rusiya danışıqlara dəvət edilməyib.

 

 

Gununsesi.info