Sinan Oğan bu dəfə daşınmaz əmlakları ilə gündəmə gəldi

2023 – cü ildə Türkiyədə keçirilən prezident seçkilərində radikal millətçilərin namizədi olmuş Azərbaycan əsilli siyasətçi Sinan Oğan ona qarşı irəli sürülən iddialara cavab verməyə tələsmir. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən bildirir ki, iddialarda bu mülklərin böyük əksəriyyətinin 2023 – cü il seçkilərindən sonra alındığı bildirilir.

Ümumi dəyəri 100 milyon türk lirəsindən(təxminən 3 milyon dollar)  çox olan bu daşınmaz əmlaklar əsasən Ankara və ətraf rayonlarında alınıb. 

Xatırladaq ki, Sinan Oğan ətrafındakı qalmaqallar , onun Azərbaycanın İctimai televiziyasının “Persona” proqramında qonaq olması ilə başlamışdı. 

 

Xəqani

Gununsesi.info