Cəlilabadda təsərrüfatda yanğın başlayıb

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2026 14:53

Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistral yolunun kənarında yerləşən ərazidə müşahidə olunur.

Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Gununsesi.info