Zəlzələdən 60 saat sonra xilas edildilər

Myanmada cümə günü baş verən 7,7 bal gücündə zəlzələdən təxminən 60 saat sonra daha 4 nəfər dağıntılar altından çıxarılıb.

Gununsesi.info  bu barədə BBC-yə istinadən xəbər verir.

Onlar Myanmanın şimalındakı Saqainq bölgəsində dağılmış məktəb binasından xilas ediliblər.

Eyni binanın dağıntılar altından daha bir nəfərin cəsədinin çıxarıldığı bildirilir.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, zəlzələ nəticəsində ən azı 1700 nəfərin öldüyü bildirilir.

 

 

Gununsesi.info