Bakıda Yuri Borisovun meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.

Gununsesi.info  xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi ev 9 mənzil 4-də qeydə alınıb.

Həmin ünvanda 1965-ci il təvəllüdlü Yuri İvanoviç Borisovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

 

 

 

Gununsesi.info