Bakı Metrosunda yüksək vəzifəyə TƏYİNAT

“Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyinat olub.

Gununsesi.info  xəbər verir ki, bu vəzifəyə Cəmilə Hidayət qızı Xəlilova təyinat alıb.

1984-cü il təvəlüdlü Cəmilə Xəlilova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Bu təyinatadək müxtəlif şirkətlərdə çalışıb. Sonuncu iş yeri “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsi olub.

 

 

 

Gununsesi.info