
İngiltərədən olan 28 yaşlı Melissa Uilband dörd aylıq qızı Leksi Uiilbandı ölümcül silkələməkdə günahkar bilinib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Uilband evində dörd aylıq körpəsi Leksi Uilbandı şiddətlə silkələyib və onun beyninə qan sızmasına səbəb olub.
Prokurorlar bildiriblər ki, Leksinin beyin qanaması şiddətli şəkildə sarsılmasından baş verib.
Prokurorların fikrincə, bu şiddətli sarsıntılar bir neçə dəfə baş vermiş ola bilər. Uşaq bayılmadan altı gün sonra ölüb.
Ana dörd aylıq qızı Leksi huşunu itirən zaman həkimə aparmayıb. Prokurorluq Uilbandın Leksinin beyin sarsıntısı nəticəsində yaranan sağlamlıq problemlərini həkimin görməməsi üçün qəsdən görüşləri qaçırmış ola biləcəyini bildirib.
Məhkəmədə Uilbandın internetdə “körpə ağlaması” haqqında axtarış apardığı da məlum olub.
Uilbandın keşmiş sevgilisi Cek Uiler də uşağın ölümünə səbəb olmaq və ya buna icazə vermək ittihamı ilə mühakimə olundu. Lakin məlum olur ki, o, Leksinin bioloji atası deyil.
Uilband sevgilisini uşağın atası olduğuna inandırmaq üçün hamiləlik dövründə saxta DNT testi təşkil edib.
O, Uilerə ata olduğunu bildirərək atalıq testi olduğunu iddia edən saxta sənəd təqdim edib.
Lakin Leksi 30 noyabr 2019-cu ildə anadan olanda faktiki DNT testi Uilerin uşaqla bioloji əlaqəsinin olmadığını ortaya qoyub.
Günel