“İmişli” klubunun baş məşqçi postuna namizədlər müəyyənləşib

  • By ilhame
  • 07 İyun 2024 13:36

Bir neçə gün Əsgər Abdullayevlə yolları ayıran “İmişli” klubunun baş məşqçi postuna namizədlər müəyyənləşib.

 

Gununsesi.info-ya bunu açıqlamasında I Liqa təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

 

Onun sözlərinə görə, Ə.Abdullayevin gedişindən sonra boş qalan posta “Araz-Naxçıvan” klubunun sabiq baş məşqçisi Azər Bağırov, hazırda “Qaradağ Lökbatan”ı çalışdıran Azər Həşimov, həmçinin ötən ildən İmişli təmsilçisi ilə əməkdaşlıq edən gənc mütəxəssis Fərid Namazov namizəddir.

 

Klub hələ ki, qərar verməyə tələsmir. Bu məsələ AFFA-nın I Liqa klubları üçün ayıracağı büdcədən asılı olacaq.

 

Qeyd edək ki, “İmişli” Azərbaycan I Liqasında 2023/2024 mövsümünü 47 xalla 4-cü pillədə başa vurub. Klub ötən həftə baş məşqçi Əsgər Abdullayevlə yolları ayırıb.

Gununsesi.info