Millimiz İtaliyanı məğlub edib -Video

  • By ilhame
  • 03 İyun 2024 21:19

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

 

Gununsesi.info xəbər verir ki, Yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.

 

İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.

 

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

 

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

 

Millimizin İtaliya millisi ilə keçirdiyi matçın icmalını təqdim edirik: