Anbarda partlayış: - 150 nəfər yaralanıb

Hindistanın Kerala əyalətində məbəddə festival zamanı atəşfəşanlıq olan daxmada baş verən partlayış nəticəsində ən azı 150 nəfər xəsarət alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Polis yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını, 10 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Hadisə ilıə bağlı araşdırma başladılıb, məbəd işçiləri isə nəzarətə alınıb.

Yanğının atəşfəşanlıq nümayişindən sonra daxmaya atəşfəşanlığın düşməsi nəticəsində baş verdiyi təxmin edilir.

Orxan Saffari

Gununsesi.info