Morgan TikTok çek fırıldaqçılığına görə müştərilərini məhkəməyə verir

ABŞ-ın bank nəhəngi JP Morgan Chase, bankomatlarından qeyri-qanuni olaraq minlərlə dollar çıxararaq səhvdən istifadə etdiyi iddia edilən müştəriləri məhkəməyə verir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, TikTok-da məlum olduğu kimi, “sonsuz pul xətası” bankın müştərilərinin özlərinə böyük bir çek yazmağa, ona depozitə qoymağa və sonra çek geri dönməzdən əvvəl vəsaiti çıxarmağa imkan verirdi.

Hyuston, Mayami və Los-Ancelesdəki məhkəmələrdə iki şəxs və iki şirkət iddialarla üzləşib.

Onlardan pulu faizlə geri qaytarmaq, bununla bağlı overdraft haqlarını ödəmək, məhkəmə xərclərini, eləcə də bankın çəkdiyi digər xərcləri ödəmək tələb olunur.

Orxan Saffari

Gununsesi.info