MSK bələdiyyə seçkilərini unudub…

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin qanunla nəzərdə tutulmuş elan olunma müddəti başa çatsa da, Mərkəzi Seçki Komissiyası bu barədə hər hansısa bir qərar qəbul etməyib.

Gununsesi.info xatırladır ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu il 23 dekabrda  keçirilib.

Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

Bu müddət isə səsvermənin keçirildiyi gündən etibarən başlayır.

Daha dəqiq desək, 2024-cü il dekabrın 23-ü bələdiyyələrin səlahiyyət müddəti bitir.

Bildiririk ki, yeni Seçki Məcəlləsinə görə, seçkilərin təyin edilməsi barədə qərar səsvermə gününə ən azı 60 gün qalmış rəsmi şəkildə elan olunmalıdır.

Məsələn, 2019-cu ilə nəzər salsaq, bu qərar seçki günündən 66 gün əvvəl-oktyabr ayının 18-də elan olunmuşdu.

Hazırda isə bələdiyyələrin səlahiyyət müddətinin başa çatmasına cəmi 55 gün qalıb.

Belə olduqda, ortaya maraqlı suallar çıxır:

Bələdiyyə seçkisi Mərkəzi Seçki Komissiyasının yadından çıxıb və buna görə Məzahir Pənahova barəsində hansı tədbir görülməlidirmi?

Gununsesi.info