ABŞ-da seçki qutuları yandırılıb: - Yüzlərlə seçki bülleteni məhv edildi

ABŞ-da seçki yarışı son mərhələsinə qədəm qoyub. Erkən səsvermənin davam etdiyi üç ştatda seçkilərə müdaxilə halları dəfələrlə qeydə alınıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, seçki qutularında olan yüzlərlə səs yandırıcı vasitələrdən istifadə edilərək məhv edilib.

Yerli polis və FTB məsələ ilə bağlı araşdırmaya başlayıb.

Orxan Saffari

Gununsesi.info