Ağdaşda yol qəzası olub - Bir ailənin üç üzvü xəsarət aldı

  • By Günel
  • 07 Mart 2025 21:19

Ağdaşda yol qəzası olub.

Gununsedsi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib.

“Mercedes” və “Vaz 2106” markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin üç üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralananlar – 2002-ci il təvəllüdlü Əliyev Aqil İntiqam oğlu, 2010-cu il təvəllüdlü Əliyev Xudaverdi Elnur oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elnur Xudaverdi oğlu xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info