Ukrayna ordusu Amerika silahları olmadan nə qədər dayana bilər?

  • By Admin2
  • 07 Mart 2025 14:38

ABŞ prezidenti Donald Trampın Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra Ukraynaya hərbi yardımı müvəqqəti dayandırdığı bildirilir. Tramp administrasiyası hərbi yardımı dayandırmaqla yanaşı, Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini də dayandırıb.

Gununsesi.info xarici mediaya istinjadən xəbər verir ki, son zamanlar Ukraynanın Trampın yaxın müttəfiqi İlon Maska məxsus olan və hərbi rabitəni asanlaşdıran Starlink peyk internet sisteminə çıxışını itirə biləcəyi ilə bağlı narahatlıqlar da var.

Amerika istehsalı olan milyardlarla dollarlıq silahlar olmasa, Ukrayna qüvvələrininRusiya
qarşısında büdrəməsi an məsələsi ola bilər . Lakin bu çöküşün nə qədər davam edəcəyi, Avropa ölkələrinin Tramp administrasiyasının dayandırılacağını elan etdiyi artilleriya, raket və hava hücumundan müdafiə sistemlərini nə qədər tez əvəz edə biləcəyindən asılıdır.

ABŞ bu il Ukraynaya 11 milyard dollar dəyərində silah və texnika tədarük etməyi öhdəsinə götürmüşdü. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin yeni təhlilinə görə, bunun bir hissəsi Pentaqonun anbarlarından, bəziləri isə yeni müdafiə müqavilələri ilə sifariş edilib.

Avropanın Ukraynaya sarsılmaz dəstək vədləri Tramp administrasiyası geri çəkilməyə başlayandan sonra güclənib. Lakin bu dəstəyin silah boşluğunu tez bir zamanda aradan qaldırması demək olar ki, mümkün deyil.

Avropanın müdafiə sənayesi Ukraynaya mümkün qədər tez silah göndərmək üçün güclənib, lakin ölkələr də öz silah ehtiyatlarını qorumalıdır.

Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko deyib: “Avropa Amerikanın yardımını əvəz edə bilməz”.

Ukrayna özü pilotsuz uçuş aparatları istehsal edir və yerli artilleriya sistemləri qurur. Ölkə bu il büdcəsinin 26 faizini müdafiəyə xərcləməyi planlaşdırır. Lakin bəzi yüksək rütbəli Ukrayna rəsmiləri deyirlər ki, Amerikanın dəstəyi bərpa olunmazsa, ordu problemlə üzləşəcək.

Mütəxəssislərin fikrincə, Ukrayna qüvvələri dörd ay ərzində dağılmağa başlayacaq, çünki onların itirdiklərini əvəz etmək üçün kifayət qədər sursat və texnikası olmayacaq.

Üç illik müharibə zamanı müttəfiqlərin Ukraynaya göstərdiyi 136 milyard dollarlıq hərbi yardımın təxminən yarısı ABŞ-ın payına düşüb.

Ukrayna və Avropada müdafiə sənayesi istehsalı artırdığı üçün Amerikanın payı zamanla azalıb.

Hazırda Ukraynaya verilən hərbi texnikanın yalnız 20 faizi ABŞ-dan gəlir. Amma bu 20 faiz ən ölümcül və vacib daşımaları təşkil edir.

Orxan

Gununsesi.info