Bütün dünyada ərzaq qiymətləri artıb: şəkər, bitki yağları və süd məhsulları üstünlük təşkil edib

  • By Admin2
  • 07 Mart 2025 17:15

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq məhsullarının qiymətləri ilə bağlı son hesabatını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,

FAO bildirib ki, qlobal ərzaq qiymətləri fevral ayında şəkər, bitki yağları və süd məhsullarının artımı ilə əlaqədar olaraq əvvəlki ayla müqayisədə 1,6 faiz artıb.

Açıqlamaya görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayı ilə müqayisədə 1,6 faiz artaraq orta hesabla 127,1 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 8,2 faiz təşkil edib.

Qlobal ərzaq qiymətlərinin süd məhsulları, şəkər və bitki yağları hesabına artması diqqət çəkib.

Taxıl Qiymətləri İndeksi, buğda və qarğıdalı qiymətlərinin artması səbəbindən aylıq 0,7 faiz artsa da, illik 1,1 faiz azalıb.

Orxan

Gununsesi.info