
Yüzlərlə ultra-ortodoks yəhudi (Haredi) məzarları ziyarət etmək bəhanəsi ilə İsrail ordusunun himayəsi altında Livan sərhədini keçib. Qəbri ziyarət etmək üçün ilk dəfə ordu ilə koordinasiyalı tur təşkil olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Hayom qəzetinin məlumatına görə, ultra-ortodoks Hasidik yəhudilər gecə saatlarında İsrail ordusunun nəzarəti altında Livanda 4-cü əsrdə yaşadığı güman edilən ravvin Rav Aşikin məzarını ziyarət etmək üçün Livana keçiblər.
Hasidik məzarının ziyarəti və mərasimi İsrail ordusu tərəfindən koordinasiya edilib və ziyarəti əsgərlər müşayiət edib.
Xəbərdə ultra-ortodoks yəhudilərin daha əvvəl də məzarları ziyarət etmək üçün qeyri-qanuni yollarla Livana keçdiyi və ordu ilə ilk dəfə koordinasiyalı səfər təşkil edildiyi qeyd edilib.
İsrail ordusu iki həftə əvvəl qeyri-qanuni olaraq Livan sərhədini keçərək ölkəyə geri deportasiya etmiş 20 israilli Hasidik yəhudini ələ keçirib və onlardan bəziləri həbs edilib.
Keçən ay baş verən başqa bir hadisədə onlarla ultra-pravoslav yəhudi məzara çatmaq üçün Livan sərhədini keçib.
Hasidik yəhudilərin bölgəyə müntəzəm səfərlər təşkil etmək üçün İsrail ordusu ilə danışıqlar apardığı, lakin İsrail ordusunun bu iddiaları təsdiqləməkdən imtina etdiyi iddia edilib.
Orxan