Mingəçevirdə avtomobil piyadanın həyatına son qoydu

  • By Günel
  • 07 Mart 2025 21:58

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

“Nissan” markalı minik maşını yolu keçmək istəyən piyada Əliyev İlham Adil oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info