Şahmatçımız dünya çempionatında medal qazandı

  • By Günel
  • 07 Mart 2025 22:42

Monteneqroda 20 yaşadək şahmatçılar arasında dünya çempionatında bu gün sonuncu turun oyunları keçirilib.

Gununsesi.info Teleqraf -a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamova ilə heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Allahverdiyeva dünya çempionatının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Gununsesi.info