
Fransanın paytaxtı Parisdə qatar stansiyasında relslərin ortasında İkinci Dünya Müharibəsinə aid bomba tapılıb. Paris polisi bombanı zərərsizləşdirmək üçün nəqliyyatın hərəkətini dayandırıb.
Gununsesi.info xarici mediya istinadın xəbər verir ki, SNCF dəmir yolu şirkəti açıqlamasında bombanın Saint Denis bölgəsində “relslərin ortasında” tapıldığını bildirib.
Paris polisi cihazı zərərsizləşdirmək üçün çalışarkən Eurostar qatarlarına, eləcə də yüksək sürətli və yerli xidmətlərə ev sahibliyi edən qatar stansiyasına gedən bütün nəqliyyat bağlanıb.
Orxan