Bakı-Sumqayıt qatarlarında gecikmənin səbəbi açıqlanıb

  • By Günel
  • 07 Mart 2025 19:44

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün digər sərnişin sürət qatarlarında gecikmələr baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları”ndan (ADY) məlumat verilib.

Qeyd edilib ki, bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub.

Belə ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

“Qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatları olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də bir qədər təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək”, – ADY-dən vurğulanıb.

Gununsesi.info