
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan nailiyyətlər və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq perspektiv planlar müzakirə olunub.
Gununsesi.info