
Ağdaşda yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, məlumatına görə hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.
İlkin məlumata görə, iki avtomobilin toqquşması zamanı ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb.
Yaralılar 2003-cü il təvəllüdlü Cabbarov Zaur Hüseyn oğlu və iki qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info