Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ICESCO-nun Baş direktoru ilə görüşüb

  • By ilhame
  • 07 İyun 2024 21:19

Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş birektoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

 

Gununsesi.info bu barədə ICESCO-nun mətbuat xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, tərəflər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planını müzakirə ediblər.

 

Görüş zamanı Əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib.

Gununsesi.info