Zəngəzurda İrana məxsus daha bir yük maşını aşdı

  • By Günel
  • 18 Aprel 2025 20:39

Bu gün Sünik vilayətində (Zəngəzur – red.) İran vətəndaşı Kərim Nəzərinin idarə etdiyi yük maşını qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Erməni mətbuatında məlumat yayılıb.

Belə ki, gündüz saatlarında yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.

Sürücü yaralı vəziyyətdə Qafandakı xəstəxanaya yerləşdirilib.

Gununsesi.info