Zahid Oruс: “Namizədlər xalqın ayağına getməlidir. Kim ki xalqın ayağına gedir, xalq onu daim uca tutur” -Deputatın seçicilərlə görüşləri davam edir

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Oruc seçicilərlə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüş çərçivəsində Məzahir Rüstəmov 20 küçəsində yerləşən “Rəngli Dünyam” adlı əl işləri mağazasını xanım sahibkarlarımıza dəstək məqsədilə ziyarət edib.
Azərbaycanda sənətkarlığın qədim tarixindən qısa söz açan deputatlığa namizəd kiçik bir məkanda nə qədər böyük təxəyyül dünyasının və zehni-fiziki zəhmətin birləşdiyini vurğulayıb.
O, qeyd etdi ki, toxuculuq, xüsusilə xanımların zəngin yaradıcı və rəngarəng əl işləri, bir-birindən ilmə, çalar, naxış və əks etdirdiyi obrazların müxtəlifliyinə görə heyrətamiz şəkildə fərqlənən, bizi fərqli sehrlər aləminə aparan toxunma işləri milli mədəni varlığımızı qoruyub saxlayan ən güclü irsdir, əcdadlarımızın mirasıdır.
Возможно, это изображение 7 человек, ребенок и текст
Ona görə qadınlarımız sahibkarlıq fəaliyyəti ilə iqtisadi-sosial rifaha misilsiz tövhə verməklə yanaşı, daha çox nəsilləarası varisliyi təmin edir və mədəni sərvətlərimizin məhv olmaqdan sığortalayırlar, nəcib əlləri, könüllərinin və ürəklərinin istisi ilə hard disklərə çevirib toxunulmaz edirlər.
Возможно, это изображение 7 человек, ребенок, игрушка и текст
Xanım sahibkarın-gözəl və fidan 5 övlad böyüdən gənc ananın bir siyasət adamının onların sahibkarlıq fəaliyyətinə və təmsil etdikləri sənətkarlıq irsinə verdiyi dəyərdən məmnunluq ifadə edən Ləman Əzizova deputatlığa namizədin onların mağazasını ictimai vəkilləri ilə birgə ziyarət etməsindən hədsiz sevincini dilə gətirib, dövlət adamlarında sadəlik və səmimiliyi ən ali keyfiyyət adlandırıb, bir qrup xanımla ərsəyə gətirdikləri və uşaqlarımızın mənəvi zənginliyinə, yaradıcı dünyasının inkişafına xidmət edən əməklərinə qiymət verdikləri üçün bütün qonaqlara təşəkkür edib.
Sonda Zahid Oruc mağazadan müxtəlif suvenirlər və əl işləri alıb, yaxın dostlarını və həmkarlarını belə zəngin qalereyanı ziyarət etməyə çağırıb.

Zahid Oruc Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə görüşüb

Zahid Oruc Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə səmimi görüş keçirib. Əvvəlcə namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Zahid Orucun millət vəkilliyi fəaliyyətindən, Bərdəni təmsil etdiyi dövrdə orada gördüyü işlərdən və Xətai 33 saylı birinci seçki dairəsi ilə bağlı planlarından bəhs edib.
Çıxış üçün söz alan tanınmış jurnalist Azər Niftiyev 30 ilə yaxındır ki, bu ərazidə yaşadığını, istər vətəndaş, istərsə də media təmsilçisi kimi ictimai rəydə Zahid Orucun aktiv millət vəkili kimi tanınmasından məmnunluq duyduğunu və belə ictimai nüfuzun Xətai əhalinin xeyrinə işləyəcəyinə dərin inamını ifadə edib.
Возможно, это изображение 6 человек, шахматы и текст
O, sakinləri, qonşularını qarşıdakı Qələbə ayında-1 sentyabrda ümumxalq aksiyasında aktiv olmağa səsləyərək, layiqli namizəd kimi Zahid Oruca dəstək verməyə, onun millətimizə fədakar xidmətlərinə davam etdirilməsinə xeyir-dua verməyə çağırdı.
A.Niftiyev qeyd edib ki, Zahid Oruc istər ümummilli məsələlər, istərsə də təmsil etdiyi bölgənin həyati əhəmiyyətli məsələlərinə geniş yer verdiyi üçün, dövlət və Hökumət orqanları ilə yaxından əməkdaşlıq edən beyin Mərkəzinin rəhbəri kimi ona etibar etməyin ərazinin və bütövlükdə bir rayonun gələcək iqtisadi-sosial inkişafına yalnız müsbət təsiri olacaqdır.
Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə görüşdən məmnun olduğunu bildirən Zahid Oruc bildirib ki, kim ki xalqın ayağına gedir, xalq onu daim uca tutur. Sadə, zəhmətkeş insanların yanında olmaqdan qürur duyduğunu bildirən namizəd əraziyə daim baş çəkəcəyini, insanların öz millət vəkillərini hər zaman yanlarında görəcəyini söyləyib.
Возможно, это изображение 5 человек и текст
O, bütün namizədlərə hörmətlə yanaşdığını deyib.
Seçicilərdən görüşdə iştirak edən Səmayə İbrahimova yaşadıqları kooperativ binanın problemlərindən bəhs edərək, bu məsələni nəzərdə saxlamasını Zahid Orucdan xahiş edib.
Bəxtiyar İbrahimov yaşıllıqların bütün ərazidə sahəsinin genişləndirilməsinin vacibliyindən danışıb.
Əziz İsmayılov başqa dairənin seçicisi olsa da Xətai sakini kimi Zahid Orucun görüşündə iştirak etmək istədiyini qeyd edərək, 33 saylı dairədəki qohumlarını Zahid Oruca səs vermək üçün təşviq edəcəyini vurğulayıb.
Возможно, это изображение 5 человек и шахматы
Seymur Namazov müəyyən ərazilərin gecə saatlarında işıqsız qaldığını vurğulayaraq narahatlıqlarını ifadə edib.
Bütün qeyd edilən məsələlər Zahid Orucun vəkilləri tərəfindən qeydə alınıb.
Zahid Oruc Məzahir Rüstəmov 14 küçəsində seçicilərlə görüşdü, 232 saylı uşaq bağçasını ziyarət etdi
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Qanunvericilik normalarına uyğun olaraq, MSK-nın müvafiq icra hakimiyyəti orqanları ilə birgə müəyyənləşdirdiyi rəsmi yerlərdən kənarda yalnız məhdud sayda seçicilərlə ünsiyyət imkanını qeyd edən vəkillər, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və AYB üzvü, teleaparıcı Tural İsmayılov təmsil etdikləri namizədin siyasi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb, onlara Zahid Orucun platformasını və gələcəyə dair baxışlarını əhatə edən “Xüsusi Buraxılış” paylayıblar.
Возможно, это изображение 7 человек и текст
Zahid Oruc ilk növbədə, ötən dövrdə parlament üzvü kimi keçdiyi yoldan, xalq qarşısında hesabatından danışaraq, hər zaman vətəndaşların yanında olduğunu, onların müraciət və problemlərini dövlət orqanlarına çatdırdığını bildirdi.
O qeyd etdi ki, millət vəkilliyinə namizədlər xalqın ayağına getməlidir, səlahiyyətləri çərçivəsində seçiciləriin iradəsini dövlətə daşımalıdır.
Zahid Oruc bildirdi ki, qələbə qazanacağı təqdirdə Xətai 33 saylı birinci seçki dairəsində daim seçiciləri ilə sıx ünsiyyətlərinə davam edəcək və bundan sonra da onların müraciətlərinin həlli üçün Xətai rayonunun aidiyyatı strukturları ilə əlaqədə olacaq.
120 yaşlı Xətai rayonun əhalisinin əsas qayğılarını artıq yaxşı bildiyini vurğulayan namizəd, ərazidə yaşayış massivlərinin salınması tarixindən və sonrakı sənaye obyektlərinin müstəqillik illərində rayonun sosial-iqtisadi həyatına təsirindən, hazırda ərazinin əsas qayğıları və perspektiv inkişaf planalarından danışıb.
Возможно, это изображение 7 человек
Zahid Oruc bildirib ki, hər bir görüşdən sonra anında sakinlərin qaldırdığı məsələləri dövlət, hökumət və yerli hakimiyyət orqanı rəhbərləri ilə müzakirə edir, bir çox müraciətlərin artıq həll edildiyini söyləyən namizəd hər gün bütün müraciətləri vəkilləri və Seçki Qərargahı üzvləri ilə dəyərləndirdiyini deyib.
O, qeyd edib ki, Xətai rayonu Bakının ən böyük bölgələrindəndir. Burada Azərbaycanın hər bölgəsindən vətəndaşlarımız yaşayır: “Xətai 33 saylı dairənin ərazisində xeyli uğurlu işlər görülüb, amma qaldırılan problemlər də var ki, onların həlli üçün aidiyyatı strukturlarla çiyin-çiyinə olacaq. Sadə insanların yanında olmaqdan qürur duyuram və bu tip görüşlərin davamlı olacağına, seçicilər etimad göstərəcəyi təqdirdə seçkidən sonra da daim ərazidə olacağıq”.
Namizəd 100 mindən artıq köçkünü qoynuna alan Bərdə bölgəsinin həyatında dövlət və hakimiyyət orqanları ilə birlikdə görülən işləri qürurlu siyasi bioqrafiya adlandıraraq, hazırda namizəd kimi çıxış etdiyi və hər yerdə səmimi, güvənc və etimadla qarşılandığı Xətai rayonu əhalisi üçün də gerçəkləşdirməyə qadir olduğunu dilə gətirib.
Xüsusi imzatoplama kampaniyasını açıq və şəfaff qaydada həyata keçirməyi məhz ərazinin əsas problemlərinə bələd olmaq fürsəti kimi dəyərləndirən natiq görüşə gələn hər bir vətəndaşa dərindən təşəkkür edib.
Возможно, это изображение 10 человек и толпа
Məzahir Rüstəmov 14 küçəsinin sakinləri vurğuladı ki, burada İcra Hakimiyyəti tərəfindən xeyli işlər görülüb, küçə abaddır, sakinlərin istirahət məkanları onları qane edir. Amma bütün Xətai 33 saylı birinci seçki dairəsində səslənən işıq problemləri və küçələrin tam işıqlandırılmaması məsələsi burada da qaldırıldı.
Daha sonra seçici Oqtay Quliyev Zahid Orucun daim MM iclaslarında aktiv olduğunu bildirib, seçkidə ona səs verəcəyini söyləyib. Digər sakin Allahyar Hüryanov bildirdi ki, o, qanunvericilikdə bəzi yeniliklər istəyir, Zahid Oruc seçiləcəyi təqdirdə Parlamentdə onların təkliflərini də səsləndirsin istəyib.
Gülnarə Bayramova bildirdi ki, uzun illər pedaqoq kimi çalışıb, Zahid Orucu media məkanından aktiv bir sima kimi tanıyır, belə bir insanın onların dairəsindən namizəd olmasını məmnunluqla qarşılayırlar.
Məryəm Hacıyeva bidlirib ki, uşaqlar üçün oyun meydançalarının sayının artırılması labüddür, digər sakin Mirzə Mehdiyev isə yaşıllığın artırılması üçün Zahid Orucdan aidiyyatı qurumlara müraciət etməsini istəyib.
Возможно, это изображение 3 человека и дерево
Sakinlərdən yaxınlıqdakı Seyid Əzim Şirvani küçəsi 9a-da yerləşən 232 saylı uşaq bağçasının pedaqoqu Gülnarə Veysəlova namizəddən bağçaya baxış keçirməsini xahiş edib.
Deputatlığa namizəd vəkilləri ilə birlikdə ərazini ziyarət etdi və söylədi ki, uşaqların təhlükəsizliyi üçün hasarlanmış, xüsusi mühafizə zolağına ehtiyac var, lakin bina uzun illər təmir edilməyib və həyət ərazisində uşaqlar üçün kiçik əyləncə-oyun avadanlıqlarının qoyulmasına, xüsusi istirahət guşələrinin yaradılmasına ehtiyac duyulur.
Zahid Oruc qaldırılan məsələləri müvafiq hakimiyyət orqanlarına çatdırıcağına və məsələni daim diqqətdə saxlayacağına vətəndaşları əmin edib.