Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

  • By ilhame
  • 24 Avqust 2024 13:46

Avqustun 28-də səhər saatlarında Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində düzüləcək.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, planetlərin şərti paradı səmada təxminən 160 dərəcəlik sektorda olacaq.

 

“Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək”, – deyə məlumatda bildirilib.

 

Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.

Gununsesi.info