
Formula 1 Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir. Belə ki, 24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.
Gununsesi.info