Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

  • By ilhame
  • 23 Avqust 2024 23:02

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.

 

Gununsesi.info -ya bu barədə  İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.

Gununsesi.info