Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7 %-ə yaxın artıb

  • By Günel
  • 24 Avqust 2024 12:33

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 3 milyard 843,61 milyon manat təşkil edib.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

O cümlədən son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 39 % artaraq 1 milyard 263,961 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4,2 % azalaraq 2 milyard 443,08 milyon manat, aksizlər üzrə daxilolmalar 6,15 % azalaraq 114,432 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,3 % azalaraq 22,138 milyon manat olub.

 

Gununsesi.info

 

Gununsesi.info