Mirzoyan qazaxıstanlı həmkarına zəng etdi

  • By Günel
  • 24 Avqust 2024 16:05

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın gündəliyi, regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.

Habelə regional logistika əlaqələrinin inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

 

Gununsesi.info