
Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnəm yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 42 yaşlı kişini “Hyundai” markalı minik avtomobili vurub. Daha sonra piyada “Renault” markalı minik avtomobilinə dəyib.
Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.
Gununsesi.info